Son iki-üç həftə ərzində Rusiya Federasiyasında FLiRT alt xəttinə daxil olan yeni KP.3 və LB.1 koronavirus ştammlarının dövriyyədə olan variantlarının nisbəti 2,5 dəfə artıb.
Newscenter.az TASS-a istinadən bildirir ki. “Rospotrebnadzor tərəfindən aparılan molekulyar genetik monitorinqə əsasən belə qənaətə gəlinib.
Rospotrebnadzorun mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, koronavirusun yeni variantlarında onların immun sistemini yan keçməsinə və orqanizmin hüceyrələrinə daha effektiv yoluxmasına imkan verən mutasiyalar var.
Anar Əliyev