Estoniya 2025-ci ildə Rusiya Federasiyası ilə sərhədi möhkəmləndirmək üçün 40 milyon avro ayırmağı planlaşdırır.
Newscenter az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Xəbərdə bildirilir ki, bu məbləğ sərhəd infrastrukturunun tikintisinin əvvəlində quraşdırılan strukturların yenilənməsi, giriş yollarının və əlavə telekommunikasiya sistemlərinin tamamlanması üçün lazım olacaq.
Estoniyanın daxili işlər naziri Lanemetsin sözlərinə görə, sərhəd infrastrukturunun inkişafının 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Läänemets əlavə edib ki, Estoniya da Rusiya Federasiyası ilə sərhəddə bu cür cihazları aşkar edib dəf etməyə imkan verəcək pilotsuz təyyarələrə qarşı sistem yaratmaq istəyir.
Mehman Mehdiyev