Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Məmmədovun istefasının əsas səbəbi nədir?

İlqar Məmmədovun istefasının əsas səbəbi nədir?



*Real partiyasının sədri İlqar Məmmədovun partiya sədrliyindən istefa verməsi seçkilərdə aldığı nəticələrdən dolayı ola bilməz. Bunu seçkilərin nəticələrinə bağlamaq məntiqi ifadə etmir. Çünki, İlqar Məmmədov bir tərəfdən seçkilərin total saxtakarlıq nəticəsində olduğunu bildirib, digər tərəfdən isə seçkidə aldığı məğlubiyyətdən dolayı istefa verdiyini açıqlayıb. Biz dünyanın müxtəlif ölkələrində seçkidən sonra məğlubiyyətə uğramış partiya sədrlərinin istefa vermə mədəniyyətini görmüşük və bütün bu istefaların arxasında həqiqi mənada xalqın etimadından qaynaqlanan nəticələr olduğunu nəzərə alsaq və İlqar Məmmədovun istefasına səbəb olan elementlərlə müqayisə etsək, heç də İlqar Məmmədovun istefasının səbəbinin özünün qeyd etdiyi kimi olmadığını görərik".

Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, İlqar Məmmədov Azərbaycanda sayılıb-seçiləcək bir neçə siyasətçilərdən biridir:

"Onun və rəhbəri olmuş partiyasının ölkədə öz dəsti xətti olan partiya olduğunu nəzərə alsaq, hesab edirəm ki, İlqar bəyin istefa mədəniyyəti və bundan əvvəlki dövrlərdə atdığı addımlar mükəmməl hesab olunsa da, zamanın və məkanın tələblərinə uyğun olmadığını görmək olar".

Anar Əliyev
Xəbəri paylaş