"Mənim üçün İlqar Məmmədovun REAL partiyasının sədrliyindən istefa verməsi gözlənilməz oldu. İlqar bəyi uzun müddətdir tanıyırdım və bir vaxtlar bir komanda da olmuşuq. O, təcrübəli və peşəkar siyasətçidir. Qərb demokratiyasının və siyasi məktəbini dərindən əxz edən İ.Məmmədovun sədrlikdən getməsi demokratik cəmiyyətlərdə normal qarşılanacaq haldır. Ancaq Azərbaycanda seçkilər demokratik və şəffaf keçirilmədiyindən istefasının seçkilərlə bağlı izahı mənim üçün o qədər də anlaşılmadı".
Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O qeyd edib ki, Azərbaycanda istefa mədəniyyəti Etibar Məmmədovun adı ilə bağlıdır:
"2004-cü ildə AMİP sədrliyindən istefa verən Etibar bəy gənc liderlərin yetişməsində yeni imkanlar açdı və bu da öz bəhrəsini verdi. Bu gün partiyada yetkin liderlər formalaşıb. Mən hesab edirəm ki, REAL partiyasında da siyasi liderlər var. Hər halda yenilik əksərən müsbət tendensiyalar gətirir".
Süleyman