Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft qiymətlərinin aşağı düşməsi təhlükəlidirmi?

Neft qiymətlərinin aşağı düşməsi təhlükəlidirmi?


"Neft qiymətinin büdcədə nəzərdə tutulan 75 dollarlıq həddə qədər yaxınlaşmasını müvəqqəti eniş hesab edirəm. Çünki səbəb Trampın verdiyi açıqlamalar idi. O seçilərsə neft qiymətlərinin enməsi üçün adekvat adımlar atacağına dair fikirlər səsləndirməsi birjalarda reaksiya yaşatmış, investorlar tələbi azaltmış və qiymət enişləri baş vermişdi".

Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, lakin seçkilərdə Kamala Harrisin qələbə çalacağına şübhə etmir:

"Bu isə o deməkdir, rəsmi Vaşinqtonun neft qiymətlərinə qarşı münasibətində dəyişiklik olmayacaq. Bu da öz növbəsində qara qızılın qiymətində Amerika faktorunun yarada biləcəyi riski neytrallaşdırır".

İqtisadçının sözlərinə görə, əgər neft düşmürsə, deməli Azərbaycan büdcənin icrası ilə bağlı çətinlikdə yaşanmayacaq:

"Büdcənin icrası ilə bağlı çətinlik yaşanmayacaqsa, onda bu il manatı hələki təhlükədə də gözləmir"

Anar Əliyev
Xəbəri paylaş