Real partiyasında yaşananlar digər müxtəlifət partiyaları üçün nümunə olmalıdır, digər müxalifət partiyalarında da gəncləşmənin getməsi labüddür.
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov deyib. O bildirib ki, uzun onilliklər boyunca eyni şəxslər müxalifət partiyalarında postlarından getmək istəmirlər:
"Üstəlik bu şəxslər seçkidə və siyasi proseslərdə heç bir uğur qazanmır. Ona görə bu müxalifət partiyalarının də rəhbərləri öz siyasi təşkilatlarında istefa mədəniyyətini inkişaf etdirməli, yeni gələn gənclərə yer verməlidirlər. Belə olarsa, siyasi proseslərdə də müəyyən canlanma yaranar, gənclərin siyasətə daha çox maraği artar".
Vüqar Əhmədov deyib ki, cəmiyyət də artıq müxalifət düşərgəsində olan köhnə simaların dəyişməsinin tərəfdarıdır:
"Beynəlxalq təcrübədə də bu belədir, bir neçə seçki dönəmində uğur qazana bilməyən siyasətçilər və partiya liderləri istefa verir. Bu baxımdan Real partiyasında baş verənlər bir siyasi mədəniyyətin nümayişi, yeni liderləri yetişdirmək və yol vermek ola bilər. Təbii ki, təcrübəli siyasətçilər də öz partiyasında qalıb partiyanın işinə dəstək ola bilər".
Süleyman