Türkiyədə toyuq əti istehsalı artıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ölkədə toyuq əti istehsalı iyul ayında keçən ilin eyni ayına görə 5,5 faiz artaraq 205 min 656 tona çatıb.
Toyuq yumurtası istehsalı isə hesabat dövründə 0,7 faiz, keçən ilin eyni ayına görə isə 1,4 faiz artıb. Bu dövrdə 1 milyard 706 milyon 295 min ədəd toyuq yumurtası istehsal edilib.
Məlumata görə, Türkiyənin ət istehsalı eyni dövrdə 0,7 faiz artaraq 4 min 37 tona çatıb
Yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə toyuq yumurtası istehsalı 5,2 faiz, kəsilən toyuqların sayı 6,5 faiz, toyuq əti istehsalı 5,6 faiz, hinduşka əti istehsalı isə 20,1 faiz artıb.
Mehman Mehdiyev