Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vyetnamda qasırğa nəticəsində həlak olanların sayı 233-ə çatıb

Vyetnamda qasırğa nəticəsində həlak olanların sayı 233-ə çatıb


Vyetnamın şimalında güclü daşqınlara səbəb olan Yagi qasırğası nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.

Newscenter.az bildirir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, daha 103 nəfər itkin düşüb. Ümumilikdə təbii fəlakət nəticəsində 823 nəfər zərər çəkib.

Hökumətin açıqlamasına görə qasırğa 26 əyalət və şəhərdə 204 mindən çox evi və binanı dağıdıb, elektrik və rabitə xətlərini zədələyib. Daşqın çəltik, meyvə və digər əkin sahələrinin zəbt etdiyi 263 min hektardan çox kənd təsərrüfatı sahəsini məhv edib.

Mehman Mehdiyev
Xəbəri paylaş