Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı taktikanı dəyişir: "B" variantı işə düşür

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı taktikanı dəyişir: "B" variantı işə düşür


Professor, siyasi analitik Sabir Məmmədli “Report”a açıqlamasında deyib ki, Ermənistanın davam edən hərbi təxribatlarına cavab olaraq Azərbaycanın müəyyən tədbirlər görməsi mümkündür. Onun sözlərinə görə, hazırda Zəngəzur dəhlizi ilə bağlı ciddi müzakirələr gedir: “Region ölkələri bu barədə intensiv fikir mübadiləsi aparırlar. Rusiya tədricən İranı razı salır. Həmçinin Türkiyə də dəhlizin açılacağı ilə bağlı əminliklə danışır. Bu, o deməkdir ki, dəhlizin açılmasını Ermənistandan başqa bütün bölgə dövlətləri istəyir. Əgər Ermənistan buna razı olmasa və hərbi təxribatlarını davam etdirsə, COP29-dan sonra Azərbaycanın cəza tədbirləri olaraq müəyyən addımlar atması, o cümlədən Zəngəzur dəhlizini açması mümkündür”.

Məlum olduğu kimi, Zəngəzur dəhlizinin açılması hazırda rəsmi Bakının əsas prioritetlərindən biridir. Bu istiqamətdə lazımi diplomatik işlər görülür.
İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Rəsmi Tehran bunu özünün “qırmızı xətti” kimi görür. Rusiya və Türkiyə isə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ola bilsin ki, iki qonşu ölkənin, xüsusilə Moskvanın mövqeyi gələcəkdə Tehranın bu məsələ ilə bağlı loyal mövqe ortaya qoyması ilə nəticələnsin. Yəni gələcəkdə İranın Zəngəzur dəhlizi ilə bağlı yanaşması dəyişilə bilər. Bu isə öz növbəsində Ermənistanın da mövqeyinə təsir edə bilər.

İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəbi bu ola bilər: kommunikasiya xətlərinin öz ərazisində keçməsini istəməsi. Xüsusilə nəzərə almaq lazımdır ki, son zamanlar bu, Zəngəzur dəhlizina alternativ variant kimi gündəmdədir.

Professorun səsləndirdiyi fikirlərə gəldikdə isə bildirməliyik ki, indiyədək Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq beynəlxalq hüquqla öz ərazisi kimi tanınan ərazilərdə, o cümlədən Qarabağda anti-terror əməliyyatı keçirib. İndi isə Qarabağ artıq azaddır. Elə isə bu dəfə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə necə cavab verəcək?

Bu təxribatlar sonsuzadək davam edə bilməz. Azərbaycan qarşı tərəfin provokasiyalarına sonsuzadək təmkinli yanaşmayacaq. Odur ki, Ermənistan ən qısa vaxtda sabotajlarını dayandırmalıdır. Əks halda Azərbaycan adekvat cavab tədbirləri görməli olacaq.

Perspektivdə Zəngəzur dəhlizinin açılması regionda iqtisadi əlaqələrin inkişafına ciddi töhfə verəcək. Odur ki, Ankara və Moskva ilə yanaşı, rəsmi Bakı da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu, əslində ən çox Ermənistanın xeyrinədir. Amma İrəvan kənar güclərin təhriki və təsiri ilə özünü regional əməkdaşlıq mühitindən təcrid edir. Beləliklə, faktiki olaraq “oyundankənar” vəziyyətdə qalır.
Əvvəl də dediyimiz kimi Zəngəzur dəhlizi gec- tez açılacaq. Bu, sadəcə zaman məsələsidir. İş burasındadır ki, Zəngəzur dəhlizi nəinki regional, qlobal əhəmiyyətli layihədir.

Yəqin ki, Azərbaycan COP29 başa çatana qədər diplomatik təmasları davam etdirəcək. Amma bu fayda verməyəcəyi təqdirdə "B" variantının tətbiqi, Azərbaycanın güc yolu ilə dəhlizi açması qaçılmaz ola bilər.

Kənan Novruzov
Xəbəri paylaş