Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın əsas məqsədi İrandan qurtulmaqdır

Paşinyanın əsas məqsədi İrandan qurtulmaqdır


İranın Zəngəzur dəhlizinin açılmasına sərhədlərin dəyişdirilməsi kimi baxması və bunun onların qırmızı xətti olmasını bildirməsi əslində tək Azərbaycana qarşı olan ritorika deyil. Bu, Ermənistanın yürütdüyü Qərbyönlü siyasətin sonunda Ermənistanda mövcud olacaq Avropa İttifaqı və Qərb siyasi durumunun İrana qarşı yürüdəcəyi siyasət nəticəsində onun düşəcəyi durumla bağlı vəziyyət olacaq. Bu zaman Ermənistan İrandan
Qərbin və Aİ-nın tələbi ilə tamamı ilə qopacaq. İranın planları Ermənistanda artıq keçməyəcək. Bura Ermənistan ərazisinə Qərb qoşun və silahlarının yerləşdirilməsini də əlavə etsək, İranın vəziyyəti yaxşı olmayacaq. Həmin durumun Azərbaycan üçün heç bir əks təsiri olmayacaq. Çünki ona kimi Azərbaycan və Ermənistan arasında sülh bağlanacaq.

İranın Zəngəzurdan keçəcək dəhlizə göstərdiyi əks reaksiya gələcəkdə onun özünə qarşı işləyəcək. Məsələ ondadır ki, Zəngəzur dəhlizi İranla Ermənistan arasında İranı Qərbdən qoruyan maneə olacaq. İran bunu nəzərə almalıdır. İranın Ermənistan üzərindən Gürcüstan vasitəsilə Qara Dənizə çıxması onun Zəngəzur Dəhlizi ilə ora çıxmasından daha yaxın və asan olacaq. İran bu yola Naxçıvan və ya Türkiyə ərazisindən qoşula bilər. Bu, texniki məsələlərdir.

Ermənistan əslində Qərbyönlü siyasətin nəticəsində ortaya çıxacaq durumda Qərbdən təhlükəsizlik qarantiyası istəyir. Bu qarantiya Rusiyadan çox, İrana qarşı yönəlib. Ermənistan Qərbdən İrana qarşı təhlükəsizlik qarantiyası istəyir. Paşinyan yaxşı başa düşür ki, Qərbdən gələn dividentlər İranla müqayisədə ölçüyə gəlməz. Ona görə də Paşinyanın əsas məqsədi İrandan qurtulmaqdır. Normal məntiq bunu deyir.

Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Xəbəri paylaş