Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AHK sədri “Türk şəhidliyi” abidəsini ziyarət edib

AHK sədri “Türk şəhidliyi” abidəsini ziyarət edib


Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov və komitə üzvləri sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycanın Əlahiddə Müsəlman Korpusunun paytaxtımızı daşnak-bolşevik işğalından azad etməsinin 106-cı ildönümü münasibətilə Şəhidlər xiyabanına gələrək, türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib.

AHK mətbuat xidməti xəbər verir ki, Əlisahib Hüseynov abidənin önünə gül dəstəsi qoyub.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhları komitə rəhbəri və üzvlər tərəfindən böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Xəbəri paylaş