Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Blinkenin telefon zəngi nədən xəbər verir?

Blinkenin telefon zəngi nədən xəbər verir?



Məlum olduğu kimi Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ətrafında fikir mübadiləsi aparılıb.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən politoloq Elvin Babayev deyib ki, ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəngi Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maraqlı olduğundan xəbər verir:

"Bəzi hallarda Birləşmiş Ştatlar tərəfindən məsələyə olan qeyri-obyektiv münasibət Azərbaycan tərəfində haqlı narazılıq yaradır. Eyni zamanda Ermənistanın silahlanmasında Amerikanın da iştirak etdiyinə dair bir çox hallarda fikirlərin gündəmə gəlməsi də Azərbaycan cəmiyyətində Birləşmiş Ştatların neytrallığı barədə şübhə yaratmışdı. Düşünürəm ki, Entoni Blinkenin telefon zəngi də məhz bu narahatlığı aradan qaldırmağa hesablanıb".

Politoloq hesab edir ki, yaxın vaxtlarda Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində proseslər bir qədər də sürətlənə bilər.

Anar Əliyev
Xəbəri paylaş