"Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsədə Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır,bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi".
Newscenter.az xəbər verir ki, bunu deyən YAP üzvü Anar Məmmədov deyib ki, 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir:
"Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatı nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Müzəffər Ali Baş Komandasn İlham Əliyevi dəstəkləyən bəyanatı ölkəmizin ərazi bütövlüyü və əhalinin təhlükəsizliyinin təmin olunması,erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması,işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın əmin-amanlığa qovuşması üçün həyata keçirdiyi siyasəti,eləcə də verdiyi qətiyyətli hərbi əmri dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini nümayiş etdirdilər"
Hakim partiya rəsmisi qeyd edib ki, bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində dalğalanır.
Anar Əliyev