Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gecə klubunda partlayış

Gecə klubunda partlayış


Almaniyanın Köln şəhərində türk əyləncə məkanının girişində partlayış baş verib.

Newscenter.az Alman mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində binada dağıntılar olub.

Polisin verdiyi açıqlamaya görə, səhər saatlarında baş verən partlayışda ölən və ya yaralanan olmayıb.

Partlayış nəticəsində məkanın girişindəki tavan kafelləri dağılıb, şüşələr sınıb.

Polis hələlik partlayışın səbəbi barədə məlumat verməyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Anar Əliyev
Xəbəri paylaş