İDDO Psixi Sağlamlıq Proqramının komandası növbəti görüşünü Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının heyəti ilə keçirib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən sözügedən proqramın təsisçisi və baş direktoru Jalə Əhmədova deyib ki, BDU-nun Psixologiya Kafedrasının müdiri Səxavət Əliyeva, kafedranın professor heyəti və müəllimlərinin iştirakı ilə baş tutan görüş zamanı psixologiya sahəsində olan boşluqlar, tədqiqatın və vahid sistemin olmaması, bu sahə üzrə mütəxəssislərin qeyri-peşəkarlığı, klinik protokol üzrə işləməmələri və lisenziyasız fəaliyyətləri kimi problemləri diqqətə çatdırılıb:
"Günümüzdə psixologiya elminə və bu vasitə ilə də cəmiyyətimizin inkişafına, sağlam genofondumuzun formalaşmasına birbaşa zərər verən bu proseslərin aradan qaldırılması, vahid bir sistemin formalaşdırılması ilə bağlı irəli sürülən təklifləri müzakirə etdik və müvafiq qərarlar qəbul edildi".
Jalə Əhmədova, "İDDO Psixi Sağlamlıq Proqramının heyəti olaraq Bakı Dövlət Universitetində psixologiya tələbələrini maarifləndirməyə, psixoloqların praktiki fəaliyyətində əməl etməli olduqları qanunları, vahid sistem üzrə işləmə biliklərini onlara aşılamağa başlayacağıq.
Eləcə də Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının professor heyəti, psixologiya sahəsi üzrə tərtib olunan standartların tətbiqinə nəzarət, bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin işinə nəzarət edəcək Texniki Komitəyə üzv oldular. Sağlam gələcək prioritetimizdir!",-deyə bildirib.
Süleyman