"Fransa xarici işlər naziri Stefan Sejurne Ermənistanda səfərdədir. Fransalı nazir Ermənistanı Rusiyanın təzyiqlərindən qoruyacağını elan edib. Hətta Rusiyanı Ermənistanın düşməni elan edib. O, "Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq, erməni xalqına və hökumətinə dəstək veriləcək deyib. Demokratik dəyərlərin qorunmasında hər zaman bizim köməyimizə arxalana bilərsiniz" deyə vurğulayıb.
Göründüyü kimi, Fransanın xarici işlər naziri Ermənistan və Rusiya arasında siyasi böhranın dərinləşməsində maraqlıdır və bu kontekstdə verdiyi açıqlama Kremlin Yerevana təzyiq etməsi üçün hesablanmış bəyanatdir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Fransa Ermənistanda siyasi - hərbi əlaqələrini inkişaf etdirir:
"Fransanin Ermənistanda möhkəmlənməsi, Cənubi Qafqaz üçün yeni təhlükəsizlik riski yaradır. Demək olar ki, Ermənistan Rusiya və Fransa arasında qarşıdırma pladasarımina çevrilir. Cənubi Qafqazda Ermənistan forpost olacaq. Baxmayaraq ki, N. Paşinyan ötən gün açıqlamada ölkəsinin digər bir ölkənin forpostu olmasına qarşı olduğunu qeyd etdi. Görünür, bu kimi açıqlama məhz Moskvaya aid idi. Demək olar, N. Paşinyan xələflərinin siyasətini aparır. Əvvəlki hökumətlər Moskvanın forpostu olmuşdu. N. Paşinyan isə, Moskvani Parisə dəyişir. Dəyişən yalniz, ölkə oldu. Kölə siyasəti isə, davam edir. Ermənistan yenidən forpost, satallest ölkə olaraq qalır".
Politoloq deyib ki, Fransa Rusiyaya qarşı Ermənistana ciddi siyasi və hərbi təhlükəsizlik dəstək göstərə bilməyəcək:
"Fransanin bu kimi imkanlari zəifdir. Rusiya Ermənistana iqtisadi sanksiyalar tətbiq edərsə, ölkə iqtisadiyyatı iflic olacaq və nəticədə xalqın etirazı formalaşa bilər. Fransanın uzun müddət Ermənistana maliyyə və iqtisadi dəstək verməsi də mümkün görünmür. Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə gedərsə, bu ölkə öz həqiqi müstəqilliyini əldə edəcək".
Süleyman