Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada çevriliş ola bilər

Ukraynada çevriliş ola bilər


Ukrayada hərbi çevriliş ola bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, “The Washington Post” belə bir iddia ilə çıxış edib.

Nəşrin yazdığına görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ilə sülh sazişi bağlanacağı təqdirdə Ukraynada çevriliş olacağını istisna etməyib.

“The Washington Post” yazır ki, bir çox ukraynalı, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ərazi güzəştləri müqabilində sülh sazişi ilə razılaşmağa hazır deyillər.

Bu arada Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib ki, Rusiya Federasiyası Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etməyib, Lakin danışıqlar İstanbulda razılaşdırılmış parametrlər əsasında olmalıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş