Türkiyənin ən böyük gölü olan Van gölündə yeni mikrobialit (mərcan) aşkar edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, uzunluğu 34 metr 60 santimetr və eni 15 metr olan mikrobialit bu günə qədər aşkar edilmiş ən böyüyüdür.
Dalğıclar Van gölündə mikrobialitlərin sıx göründüyü nöqtəyə çatıblar.
Ölçülən və qeydə alınan mikrobialitin Van gölündə bu günə qədər aşkar edilən ən böyüyü olduğu bildirilib.
Mikrobialitlərin turizmə gətirilməsi üçün işlər aparılır.
Mehman Mehdiyev