Vyetnamda baş verən"Yagi" qasırğası nəticəsində ölənlərin sayı 300-ə çatır.
Newscenter az Vietnam News internet saytına istinadən xəbər verir ki, Yagi qasırğasının səbəb olduğu sürüşmə və daşqınlarda həyatını itirənlərin sayı 292 nəfər müəyyən edilib.
Təbii fəlakət nəticəsində 38 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdirildiyi və xaricdən dəstək alındığı bildirilib.
Vyetnamın Baş naziri Pham Minh Chinh-in videokonfrans vasitəsilə nazirliklər və müvafiq bölmələrlə görüşdüyü və növbəti addımların nədən ibarət olması barədə müzakirələr aparıldığı vurğulanıb.
Vyetnam Fəlakətlərin Qarşısının Alınması və Nəzarət Agentliyinin Yagi tayfunu ilə bağlı verdiyi məlumata görə, ölkə daxilində təxminən 137 min evə ziyan dəyib, 130 mindən çox adam təhlükəsiz ərazilərə təxliyə edilib, qasırğadan zərər çəkmiş şəhərlərdə infrastruktura ciddi ziyan dəyib.
Mehman Mehdiyev