Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizinə dünya nəhəngləri maraqlıdır

Zəngəzur dəhlizinə dünya nəhəngləri maraqlıdır


Zəngəzur dəhlizi ətrafında qeyri-müəyyənlik davam edir. Qərb. Rusiya sözügedən dəhlizin açılmasında araqlı olduğu halda, İran bu layihəyə qarşı dirəniş göstərir. Bəs görəsən proseslər bundan sonra hansı məcrada davam edəcək?

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Vüqar Dadaşov deyib ki, Zəngəzur dəhlizinə dünya nəhəngləri maraqlıdır:

"Əlbəttə ki, Azərbaycan üçün bu layihənin nəinki iqtisadi, ən əsası siyasi strateji əhəmiyyət və məqsədi var. Qlobal oyunçulara gəldikdə, Zəngəzur dəhlizinin açılması razılaşdırılıb, toqquşan maraqlar isə dəhlizə kimin nəzarəti məsələsidir. Son günlərin məlumatına görə ABŞ-ın artıq Zəngəzurda hərbi birləşmələri var, bu isə Rusiya ilə açıq konflikt deməkdir. Əlbəttə ki, COP-29 tədbiri ərəfəsində Azərbaycan regionda növbəti müharibənin əleyhinədir".

Vüqar Dadaşov qeyd edib ki, hüquqa və regional siyasi konyukturaya görə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət ehtimalı daha yüksəkdir:

"Ancaq, bu da danılmazdır ki, Zəngəzur dəhlizinə nəzarətlə Rusiyanın həm regiona, ən əsası isə Azərbaycan və Ermənistana təsir imkanları artacaq".

Anar Əliyev
Xəbəri paylaş