Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Azərbaycanın həssaslığını nəzərə almalıdır

ABŞ Azərbaycanın həssaslığını nəzərə almalıdır


"ABŞ dövlət katibi Blinkenin növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi onu göstərir ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, ABŞ-ın Zəngəzur dəhlizinə əsgər göndərməsi və Ermənistanı silahlandırması məsələsi Azərbaycanda etirazların yaranmasına səbəb olub:

"Azərbaycan bu məsələdə ABŞ-ın nə etmək fikrində olduğunu aydınlaşdırmaq istəyir. Əgər sülh müqaviləsi bağlanması üçün Ermənistanın silahlandırılması lazımdırsa, bunun məntiqini anlamaq istəyir. Bunun sülhə nə kimi töhvə verəcəyini bilmək istəyir.
Blinkenin yəqin ki, bu suallara cavabı vardır və o, Azərbaycan prezidenti ilə telefon danışığında bunlara aydınlıq gətirib".

Azər Qasımov hesab edir ki, ABŞ-ın sülh istəyi ilə Ermənistana silah göndərməsi halı üst-üstə düşmür:

"Ermənistan ABŞ-ın dəstəyindən sonra özünü daha qeyri-konstruktiv aparır. Hesab edirəm ki, ABŞ Azərbaycanın bu məsələdəki həssaslığını nəzərə almalıdır".

Süleyman
Xəbəri paylaş