"Alman sərmayəsi iqtisadiyyatın müxtəlif sahələrinə müsbət təsir göstərir".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlətləri başçılarının və Almaniya Federal Kanslerinin görüşündə çıxışı zamanı deyib.
Tokayev qeyd edib ki, Almaniyanın sosial-iqtisadi, elmi-texniki inkişafı bir çox ölkələr üçün gözəl nümunədir.
"Hesab edirəm ki, bu, Mərkəzi Asiya dövlətlərinin və Almaniyanın regional strateji tərəfdaşlığı hərtərəfli inkişaf etdirmək marağına və istəyinə dəlalət edir. Bizim görüşümüz təkcə birgə işlərə yekun vurmaq deyil, həm də əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni istiqamətləri müəyyənləşdirmək məqsədi daşıyır. Bu gün ticarət, investisiya, enerji, ekologiya, nəqliyyat, logistika, təhsil və elmlə bağlı mühüm məsələləri müzakirə edəcəyik. Əminəm ki, konstruktiv fikir mübadiləsi ölkələrimizin xeyrinə olacaq qərarların qəbuluna töhfə verəcək”, - deyə Qasım-Jomart Tokayev bildirib.
Anar Əliyev