Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyaya məhsul ixracının həcmi artacaq

Almaniyaya məhsul ixracının həcmi artacaq


Qazaxıstan Almaniyaya 100 adda mal ixracının həcmini artırmağa hazırdır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlətləri başçılarının və Almaniya Federal Kanslerinin görüşündə çıxışı zamanı deyib.

"Birincisi, ticarət dövriyyəsinin artırılmasıdır. Birgə regional layihələrin səmərəli həyata keçirilməsi hesabına ticarət indeksinin artırılması və malların çeşidinin genişləndirilməsi mühüm vəzifədir. Məsələn, Qazaxıstan Almaniyaya 100 növdə ixracın həcmini artırmağa hazırdır", - deyə dövlət başçısı bildirib.

Prezident enerji sahəsində əməkdaşlığın genişləndirilməsini növbəti prioritet kimi qeyd edib.

"Enerji resurslarının etibarlı və ən böyük tədarükçülərindən biri kimi Qazaxıstan Almaniya bazarına neft ixracını artırmağa hazırdır. Biz karbohidrogenlərin uzunmüddətli və sabit təchizatının təmin edilməsində alman tərəfdaşlarımızın dəstəyinə arxalanmağa davam edəcəyik. Ölkələrimizin davamlı inkişafı üçün hidrogenin alternativ enerji mənbələrinə keçid sahəsində birgə fəaliyyətimizi gücləndirmək vacibdir",-deyə Tokayev bildirib.

Anar Əliyev
Xəbəri paylaş