Avropa İttifaqı növbəti beş il üçün Avropa Komissiyasının (AK) yeni tərkibini açıqlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bütün təyinatlar Avropa Parlamenti tərəfindən təsdiqlənərsə, qurum noyabrın 1-də işə başlayacaq.
Gələcək Avropa komissarları arasında portfellərin bölüşdürülməsini Avropa Komissiyasının təyin olunmuş prezidenti Ursula fon der Leyen təqdim edib.
AK rəhbəri yeni vəzifələr, o cümlədən müdafiə və kosmos üzrə Avropa komissarı və Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulması üzrə Avropa komissarı təyin edib.
Anar Əliyev