"ABŞ Dövlət Katibi Entoni Blinkenin Azərbaycan Prezidenti Cənab İlham Əliyevə telefonla zəng etməsi bölgədə gedən sülh danışıqları ilə bağlıdır və artıq bir müddətdir ki, ABŞ davamlı şəkildə vasitəçilik missiyasını üzərinə götürərək tərəflər arasında təmasları davam etdirir. Əlbəttə ki, Azərbaycan tərəfi ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq istiqamətindəki səylərini dəstəkləyir və Azərbaycan Prezidenti də hər zaman ABŞ-ın sülhlə bağlı təşəbbüslərinə açıq olub və bütün görüşlərdə Azərbaycan tərəfi bu danışıqlarda aktiv iştirak edib. Xüsusən nəzərə çarpacaq əsas amil ondan ibarətdir ki, ABŞ-da hal-hazırda hakimiyyətdə olan Demokratlar Partiyası sülhlə bağlı nəticələrin əldə olunması üçün indi daha çox səy göstərir",
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov ABŞ dövlət katibinin Azərbaycan dövlət başçısına zəng etməsini şərh edərkən səsləndirib. O bildirib ki, Birləşmiş Ştatlar bununla beynəlxalq proseslərdə olan fəallığını bir daha nümayiş etdirməyə sadiq olduğunu bildirir:
"Azərbaycan və Ermənistan arasında hazırda vasitəçisiz danışıqlar getdiyi bir dönəmdə ABŞ bu prosesdə yekun sülh müqaviləsinə nail olmaq üçün səylərini artırmış kimi görünür, çünki faktiki indi Moskva və Brüsellə müqayisədə hələlik Vaşinqton bu proseslərdə fəal aktor kimi görünür".
Süleyman