Ötən gün AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusiflinin istefasını cingiltili istefa hesab eləmək olar. Səs-küylü yox ha, cingiltili! Səs-küy cəbhədə düşüb. Səs-küy də demək olmaz, söyüş-təhqir, daha doğrusu. Əli Kərimli dərhal əmr veri ki, Asif Yusifli adlı xain linc edilməli, ən ağır formada söyüş-təhqirə məruz qalmalıdır. Əli Kərimlinin siyasəti bundan ibaətdir. Deməli, giriblər sonuncu dəfə 2021-ci ildə aktiv olmuş trol profillərə, başlayıblar Asif Yusiflini linc eləməyə. Asif Yusifli şərhlərinin birini cavabladırmaqla ona qarşı AXCP trollarının hücuma keçdiyini üstüörtülü qeyd edib. Asif Yusiflinin istefası əslində bir sıra mətləbləri üzə çıxarıb.
Buradan aydan olan bir məsələ də odur ki, cəbhə içində bir cəbhə var və hadisələr partla səviyyəsində qaynamaqdadır. Cəbhə içində intriqa və yüksək səviyyədə narazılıqların əsas səbəblərindən biri də Fuad Qəhrəmanlının yenidən Əli Kərimli tərəfindən müavin təyin edilməsidir. Cəbhə içində qruplaşımanın başında dayanan isə heç şübhəsiz Seymur Həzidir. Seymur Həzi daxildəki narazıları öz nəzarətində saxlayır və bir-bir onların istefasına nail olur. Yaxın müddətdə Seymur Həzinin də AXCP-dən istefa verməsi gözləniləndir. Bir zamanlar Əli Kərimlinin trol qruplarına rəhbərlik edən, sosial şəbəkələrdə trolbaşı kimi tanınan İlham Hseynin də Seymur Həzi tərəfindən ələ alındığı açıq-aşkar sezilməkdədir. Ötən gün Asif Yusiflinin istefasından sonra cəbhənin çalxalandığı bir məqamda Seymur Həzi və İlham Hüseynin fikir yayındırıcı “tıxac” tezisi də təsadüf sayıla bilməz.
Anar Şahmurad