Qazaxıstanda əsgər özünü güllələyib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Qızılorda vilayətində qeydə alınıb.
Belə ki, Qızılorda vilayətinin Arıs şəhərində hərbçi güllədən yaralanıb,
Arış qarnizonunun hərbi hissələrindən birinin müqaviləli hərbi qulluqçusu gündəlik növbətçilik zamanı başından travmatik silahla xəsarət alıb.
İlkin məlumata görə, ailə münaqişəsi zəminində intihar faktı ilə bağlı araşdırma aparılır.
Mehman Mehdiyev