Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstan Qazaxıstanda toxum istehsalı zavodu inşa edəcək

Macarıstan Qazaxıstanda toxum istehsalı zavodu inşa edəcək


Macarıstan Qazaxıstanda toxum istehsalı zavodu qurmağı planlaşdırır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu ölkənin kənd təsərrüfatı naziri Aydarbek Saparov Macarıstanın fövqəladə və səlahiyyətli səfiri Otto İvan Ron ilə görüşündə deyib.

Görüş zamanı Qazaxıstanda toxum xammalının emalı üzrə toxum fabrikinin, heyvandarlıq üçün zəruri yem bazasının istehsalı üçün nümunəvi təsərrüfatların, aqrar sahənin inkişafı üçün Qazaxıstan-Macarıstan birgə fondunun yaradılması məsələləri müzakirə edilib. Aidarbek Saparov digər prioritet sahələrdə Macarıstan tərəfi ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

"Aqrar-sənaye kompleksi sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq bizim üçün böyük maraq doğurur. İnvestorlara hərtərəfli dəstək göstəriləcək", - deyə nazir bildirib.

Natiq Orucov
Xəbəri paylaş