Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mənzil satışı 9,9 faiz artıb

Mənzil satışı 9,9 faiz artıb


Türkiyədə mənzil satışında artım qeydə alınıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, Türkiyə daxilində ev satışlarının sayı avqust ayında keçən ilin eyni ayına görə 9,9 faiz artıb. Nəticədə göstərilən müddətdə 134 min 155 ev satılıb.

Yanvar-avqust aylarında satışlar keçən ilin eyni dövrünə görə isə 1,1 faiz artaraq 806 min 317 ədədə çatıb.

Avqust ayında 19 min 467 ilə mənzil satışında ən yüksək paya sahib İstanbul olub. Bu şəhəri 12 min 496 ev satışı ilə Ankara və 7 min 44 ev satışı ilə İzmir izləyib.

Ən az ev satışı olan vilayətlər 53 ilə Hakkari, 93 ilə Ərdahan və 116 ilə Bayburt olub.

Natiq Orucov
Xəbəri paylaş