Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatizmə son qoyan tarixi gün

Separatizmə son qoyan tarixi gün


“Azərbaycan Silahlı Qüvvələrinin ölkə ərazisində həyata keçirdiyi antiterror əməliyyatlarından bir il ötür. Keçən ilin bu günlərində həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycan separatizmə son qoydu, öz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Məhz 44 günlük Vətən Müharibəsi və 19 sentyabr tarixində həyata keçirilmiş antiterror əməliyyatlarının nəticəsidir ki, bu gün Xankəndi, Xocalı daxil olmaqla Azərbaycanın hər bir bölgəsində üçrəngli Azərbaycan bayrağı dalğalanır”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, antiterror əməliyyatının həyata keçirilməsini zəruri edən Ermənistanın üçtərəfli bəyanata əməl etməməsi, Qarabağdan erməni separatçılarının çıxarılmasını təmin etməməsi idi:

“Eyni zamanda müntəzəm olaraq mövqelərimizə qarşı həyata keçirilən təxribatlar, baş verən bir neçə insdent, ən əsası Ermənistan rəhbərliyinin də müəyyən mənada separatçılara dəstək olması Azərbaycan tərəfini məcbur etdi ki, antiterror əməliyyatları həyata keçirsin və separatçıları zərərsizləşdirsin”.

Arzuman Muradlı deyib ki, uzun illər Azərbaycana qarşı separatizm və terrorizmə imza atan ünsürlər Azərbaycan Silahlı Qüvvələri qarşısında 1 sutka belə duruş gətirə bilmədi və təslim oldular:

“Bununla da Azərbaycan öz ərazisində separatizmin kökünü kəsdi, onun başını əzdi”.

Arzuman Muradlı təəssüf hissi ilə deyib ki, bu gün qondarma rejimin tör-töküntüləri yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, revanşizmə, separatizmə meyillilik göstərirlər:

“Düşünürəm ki, 19 sentyabr antiterror əməliyyatları onlar üçün dərs olmalıdır. Əks təqdirdə həm revanşizmə, separatizm meyillənən ünsürlər, həm də onlara dəstək olan Ermənistan rəhbərliyi üçün daha ağır nəticələr ortaya çıxacaq”.

Süleyman
Xəbəri paylaş