Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə dünyanın ən böyük İHA-SIHA təchizatçısıdır

Türkiyə dünyanın ən böyük İHA-SIHA təchizatçısıdır


Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük İHA-SIHA təchizatçısına çevrilib.

Newscenter.az Amerika Təhlükəsizlik Mərkəzinin (CNAS) hesabatına istinadən bildirir ki, İsrail və Amerikanın pilotsuz təyyarələr bazarında hökmranlığına artıq son qoyulur.

Hesabata görə, Çin, Türkiyə və İranın ucuz hərbi pilotsuz təyyarələr hazırlamasından sonra İsrail və Amerikanın pilotsuz təyyarələr bazarındakı üstünlüyü aşağı düşüb. Bu sahədə satışların 65 faizini Türkiyə həyata keçirib.

Çin, Türkiyə və ABŞ 2018-ci ildən bəri 40 müxtəlif ölkəyə ümumilikdə 69 silahlı hərbi İHA satıb. Türkiyə bu satışların 65 faizini reallaşdırdığı halda, Çin 26 faizini, ABŞ isə cəmi 8 faizini həyata keçirə bilib.

2022-ci ildə 6 yeni ölkə İHA-SIHA satın aldığı halda, bunların hamısı Baykar tərəfindən istehsal olunan Bayraktar TB2 olub. Çinin İHA-SIHA satışları 2014-cü ildə pik nöqtəsinə çatdığı halda, 2021-ci ilə qədər Türkiyə Çini keçərək dünyanın ən böyük təchizatçısına çevrilib.

Anar Əliyev
Xəbəri paylaş