Türkiyədə zəlzələ olub.
Newscenter.az Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə (AFAD) istinadən bildirir ki, yeraltı təkanlar Manisada qeydə alınıb. Məlumata görə. Manisada 4 bal gücündə zəlzələ baş verib.
Manisanın Akhisar rayonunda baş verən zəlzələ yerin təxminən 17,73 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Mehman Mehdiyev