Qazaxıstanın Energetika Nazirliyi mayeləşdirilmiş neft qazı çatışmazlığını 2030-cu ilə qədər dayandırmağı planlaşdırır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə energetika nazirinin müavini Alibek Jamauov deyib.
"Biz Kaşaqan və Qaraşıqanak yataqlarında mayeləşdirilmiş neft qazı hasil etməyi planlaşdırırıq. Kaşaqanın həcmi ildə 800 min ton, Karaşiqanakdan isə 600-700 min ton təşkil edəcək", - deyə Jamauov bildirib.
Onun sözlərinə görə, bu tədbirlər 2030-cu ilə qədər maye qaz qıtlığını aradan qaldırmağa imkan verəcək.
Natiq Orucov