Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbul Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları ölkə daxilində qeydiyyatı olmayan və ikinci şəxslərə satılan tarixi əsərlərin qeyri-qanuni yollarla ölkə xaricinə çıxarılmasının qarşısını almaq üçün işlərə başlayıb. Əməliyyat İstanbulun Fatih səmtində olub.
Əməliyyat zamanı Roma, Bizans və Osmanlı dövrünə aid olduğu güman edilən 796 sikkə və müxtəlif əşyalar ələ keçirilib. Nəzarətə alınan 3 şübhəli məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Mehman Mehdiyev