Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa regiona yeni müharibə gətirmək istəyir

Fransa regiona yeni müharibə gətirmək istəyir



"Fransanın başlıca marağı Cənubi Qafqazda yenidən müharibəyə rəvac verməkdir. Paris regiona yeni müharibə gətirmək istəyir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, bu günlərdə Fransanın xarici siyasət idarəsinin rəhbərinin Ermənistana səfəri və bu ölkəyə əlavə yardım ayrılacağını bəyan etməsi də Parisin məkirli siyasətinin bir hissəsidir:

"Fransa İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və regionda yeni reallıqlar yaratmasını heç cür qəbul etmir. Elə 44 günlük müharibə zamanı da Fransa açıq-aşkar Ermənistanın işğalçılıq siyasətinə və separatizmə dəstək nümayiş etdirirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan erməni işğalı altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü təmin etdi".

Politoloq hesab edir ki, Fransanın hansı addım atması və Ermənistana hansı formada dəstək olmasından asılı olmayaraq Azərbaycanın regionda yaratdığı yeni reallıqları dəyişmək mümkün olmayacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş