Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova TƏBİB rəhbərliyi ilə görüşüb

Jalə Əhmədova TƏBİB rəhbərliyi ilə görüşüb


İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova və İDDO PSP-nin baş psixoloqu Rövşən Nəzərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Jalə Əhmədova özü verib. Bildirib ki, görüş zamanı İDDO PSP haqqında ətraflı məlumat verərək proqramın autizm sahəsində bir yenilik olduğunu bildirib.

Jalə Əhmədova qeyd edib ki, bu proqram autizm spektrli pozuntuları olan şəxslərin sağalmasında tətbiq edilə biləcək ən innovativ proqramdır:

"O cümlədən İDDO PSP-nin gələcək planları, görüləcək işləri müzakirə etdik. Səmimi görüşə görə TƏBİB rəhbərliyinə təşəkkür edirəm".

Süleyman
Xəbəri paylaş