Livanda peycer partlayışları nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Newscenter.az xəbər verir ki, bu bsrədə Livanın səhiyyə naziri Firas əl-Ebyad məlumat verib.
Ebyad, peycerlərin partlaması nəticəsində ölənlərin sayının 12-yə yüksəldiyini, bunlardan ikisinin uşaq olduğunu, yaralıların sayının isə 2 min 750 ilə 2 min 800 arasında olduğunu qeyd edib.
Ağır yaralananların sayının 300-ə yaxın olduğunu və reanimasiya şöbələrində müalicələrinin davam etdiyini bildirən Ebyad, partlayışlardan sonra xəstəxanalara gətirilən 460 nəfərin əməliyyat olunduğunu, əksəriyyətinin də göz və üz nahiyəsindən yaralandığını bildirib.
Anar Əliyev