Qazaxıstan elektron hökumətin sayına görə dünyada 24-cü yerdədir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, BMT-nin elektron hökumət üzrə dünya reytinqində bu barədə qeyd edilib.
Bu il BMT-nin Elektron Hökumət Sorğusunun hesabatına əsasən, Qazaxıstan elektron hökumətin inkişafı üzrə dünya reytinqində öz mövqeyini 4 pillə yaxşılaşdırıb. Bu Qazaxıstanın BMT-yə üzvlük illərində ən yaxşı göstəricisi sayılır.
Qeyd edək ki, BMT-nin reytinqi iki ildən bir hazırlanır. Reytinqdə 193 ölkədə bu sahədə olan vəziyyət qiymətləndirilir. Hesabat elektron xidmətlərin, insan kapitalının və telekommunikasiya infrastrukturunun inkişafı kimi əsas aspektləri əks etdirir.
Anar Əliyev