Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq bağçası şagirdlərini daşıyan avtobus qəza törətdi, yaralılar var

Uşaq bağçası şagirdlərini daşıyan avtobus qəza törətdi, yaralılar var


Türkiyədə uşaq bağçası şagirdlərini daşıyan avtobus qəza törədib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, sözügedən avtomobil yüngül ticari avtomobillə toqquşub.

Hadisə Bursanın İnegöl rayonunda qeydə alınıb. Qəza nəticəsində 8-i bağça uşağı olmaqla 11 nəfər xəsarət alıb.

Xəbərdarlıq üzərinə qəza yerinə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib.

Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra yaralılar İnegöl Dövlət Xəstəxanasına aparılıb.

Anar Əliyev
Xəbəri paylaş