Keçmiş vəkil Elman Paşayev barəsində həbs qətimkan tədbiri seçilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, işə Moskva Qarnizonu Hərbi Məhkəməsində baxılıb.
Elman Paşayev bir gün əvvəl hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur. Həmin məbləğ müqabilində Paşayev, Aleksey Blinovskiyə ailəsini cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.
Mehman Mehdiyev