Cari il, sentyabrın 1-dən 13-dək Qazaxıstana 597 min xarici turist gəlib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Turizm və İdman Nazirliyi məlumat verib. Bildirilib ki, bu müddət ərzində 68 min turist Astana və Almatı beynəlxalq hava limanları vasitəsilə, 529 min turist isə avtomobil və dəmir yolu ilə gəlib.
Ölkəyə gələn xarici turistlərin ümumi xərcləri 15,5 milyon ABŞ dolları təşkil edib. Ən çox turist Qazaxıstana Çin (8 mindən çox), Hindistan (6 mindən çox) və Almaniyadan (4 mindən çox) gəlib.
Natiq Orucov