Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY sədri özbəkistanlı həmkarı ilə Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini müzakirə edib

ADY sədri özbəkistanlı həmkarı ilə Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini müzakirə edib


19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayevlə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətləri, hər iki tərəfi maraqlandıran digər mühüm məsələlər müzakirə edilib. Həmçinin bu ilin iyun ayında iki ölkənin dəmiryol administrasiyaları arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində müştərək səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, görüşdə iki ölkə arasında Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyətin şaxələndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Özbəkistan–Qırğızıstan–Çin yeni dəmir yolu layihəsinin icrası ilə Özbəkistan tərəfinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Süleyman
Xəbəri paylaş