Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan öz inkişaf sürətinə görə dünyada seçilən dövlətlərdən sayılır

Azərbaycan öz inkişaf sürətinə görə  dünyada seçilən dövlətlərdən sayılır


"Əsrin müqaviləsi sayəsində Azərbaycan neft-qaz sazişlərində beynəlxalq şirkətlərə özünü ciddi oyunçu kimi təqdim edə bildi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir:

"İndi 30 yaşı tamam olan bu müqavilə ölkəmizin qısa zaman kəsiyində inkişaf yoluna qədəm qoymasını təmin etməklə yanaşı, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi təkan verdi, Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasını gücləndirdi".

Politoloq deyib ki, bu gün Azərbaycan öz inkişaf sürətinə görə nəinki regionda, dünyada seçilən dövlətlərdən sayılır:

"O baxımdan ki, az bir zamanda dövlət büdcəsinin 10 dəfələrlə artması, qeyri-neft sektorunun yüksək sürətli inkişafı bir daha sübut etdi ki, “Əsrin müqaviləsi” ölkəmizin inkişafında böyük rol oynadı".

Süleyman
Xəbəri paylaş