Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sülhə hazırdır

Azərbaycan sülhə hazırdır


"Azərbaycanla Ermənistan arasında oktyabrda sülh müqaviləsinin bağlanması istiqamətində ABŞ və Böyük Britaniya birgə çalışır. ABŞ kəşfiyyat rəsmisinin və Böyük Britaniyanın Mİ6 rəhbərinin Azərbaycana səfəri əsasən bununla bağlı idi".

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ və Böyük Britaniya Mərkəzi Asiya açılım siyasətivlə Xəzər hövzəsində yeni bir geosiyasi layihələr hazırlayir:

"Rusiyani regiondan çıxarılması və Zəngəzur dəhlizinin açılmasi istiqamətində ciddi işləyirlər. İranın bütün isterikalarina baxmayaraq Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək".

Politoloq qeyd edib ki, Azərbaycan sülhə hazırdır:

"Azərbaycan müdafiə və təhlükəsizlik sahəsinə bu ilki büdcəni ötənilkindən az vəsait ayrılıb. Bu, Azərbaycanın qarşı tərəfə mesajıdır".

Süleyman
Xəbəri paylaş