Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı

"Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı


"Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə imzalandıqdan sonra ölkənin iqtisadiyyatına böyük həcmdə xarici investisiyalar cəlb edilməyə başladı.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Əsrin müqaviləsi"nin imzalanmasının 30 illiyinə nəzər salarkən səsləndirib. Onun sözlərinə görə, əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına 1 sent belə xarici investisiya qoyulmamışdısa, artıq 1994-2000-ci illər ərzində iqtisadiyyatımızda xarici investisiyaların ümumi həcmi 5,5 milyard dolları ötmüşdü və bu yatırımların 2,2 milyard dolları ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yönəldilmişdi.

Fikrət Yusifov qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkədə aparılan iqtisadi islahatlar daha da sürətləndi:

"Müqavilənin imzalanmasından ötən bir ildən sonra ölkə iqtisadiyyatında yaranmış hiperinfilyasiya 8-10% səviyyəsinə qədər endirilə bildi. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. Bu gün Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 2/3-nə sahib bir dövlətdir. Regionda heç bir qlobal layihə onun iştirakı olmadan reallaşdırıla bilməz. Bütün bu uğurlar öz başlanğıcını “Əsrin müqaviləsi”ndən götürdü".

Süleyman
Xəbəri paylaş