Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kibertəhlükəsizlik təşkilatı yaradılacaq

Kibertəhlükəsizlik təşkilatı yaradılacaq



Türkiyədə kibertəhlükəsizlik təşkilatı yaradılacaq.

Newscenter.az Türkiyə XİN-ə istinadən bildirir ki, xarici işlər naziri Hakan Fidan MGK-da müstəqil kibertəhlükəsizlik təşkilatının yaradılması ilə bağlı məsələnin gündəmə gətirildiyini və bunun tezliklə həyata keçiriləcəyini bildirib.

Hakan Fidan Yaxın Şərqdə baş verənlərə də diqqət çəkib:

"Livandakı partlayışlar bir ilə yaxındır davam edən müharibənin davamı və bir hissəsidir. İsrailin strategiyası ilə bağlı müharibənin əvvəlindən bəri gördüyümüz bir reallıq var idi. Yəni İsrail əvvəlcə Qəzza ilə bağlı hesabını çəkəcək, sonra bu işi Livana keçirəcək. İndi görürük ki, Livana doğru addım-addım eskalasiya başlayır. Təbii ki, son iki gündə baş verən partlayışlar elektron cihazlarla bağlıdır və bunlar kəşfiyyat sahəsində fürsət əməliyyatları kimi təsvir edilən əməliyyatlardır. Görünür, İsrail həm texniki, həm də insan kəşfiyyatı mənbələri vasitəsilə Hizbullahın satınalmalarını əvvəlcədən öyrənir. Daha sonra şirkətlər və ya digər vasitələrlə onlara nüfuz edir. Bundan sonra bugünkü mənzərə ilə qarşılaşırıq".

Anar Əliyev
Xəbəri paylaş