Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məşhur oteldə yanğın başlayıb

Məşhur oteldə yanğın başlayıb


Türkiyənin Kocaeli şəhərində oteldə yanğın olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, 3 mərtəbəli oteldə baş verən yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

Məlumata görə, Çamçukur səmtində Nihal və Erkan Erdem cütlüyünə məxsus 3 mərtəbəli taxta oteldə naməlum səbəbdən bağlı halda yanğın baş verib.

Artan alov otelin bağçasındakı kovboy şəhərciyinə də keçib.

Yanğın otelin ətrafındakı meşə ərazisinə keçmədən 2 saat ərzində 23 texnika və 58 şəxsi heyətin müdaxiləsi ilə söndürülüb.

Anar Əliyev
Xəbəri paylaş