Mərkəzi Asiyanın digər ölkələrindən fərqli olaraq Qazaxıstanda daha çox spirtli içki qəbul edirlər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan alkoqol istehlakı üzrə dünya reytinqində 180 ölkə arasında 100-cü yerdədir. Ölkədə ildə adambaşına 5 litr spirt sərf olunur.
Spirtli içkilərin istehlakına görə ilk yerləri Latviya (13,2 litr), Moldova (12,9 litr) və Almaniya (12,8 litr) tutub.
2023-cü ildə Çin alkoqol istehsalından əldə edilən gəlirə görə dünyada birinci yerdə qərarlaşıb.
Mehman Mehdiyev