Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentə futbol forması hədiyyə edildi

Prezidentə futbol forması hədiyyə edildi


Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunu və onu müşayiət edən şəxsləri Prezident Külliyesində qəbul edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, qəbulda Prezident Rəcəb Tayyib Ərdoğan Hacıosmanoğlunu və TFF prezidenti seçilən idarə heyəti üzvlərini təbrik edib, onlara yeni vəzifələrində uğurlar arzulayıb.

Xoş qəbulu və xoş arzularına görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edən TFF prezidenti Hacıosmanoğlu türk futboluna verdiyi dəstəyə görə bütün futbol ailəsi adından ona təşəkkürünü bildirib.

Prezident Ərdoğan TFF prezidenti Hacıosmanoğlu və onu müşayiət edənləri qəbul edib

Qəbulun sonunda TFF prezidenti Hacıosmanoğlu Prezident Rəcəb Tayyib Ərdoğana Milli Futbol Komandasının kapitanı Hakan Çalhanoğlunun 2024-cü il Avropa Futbol Çempionatında geyindiyi və bütün komandanın imzası olan Milli Komandanın formasını hədiyyə edib.

Mehman Mehdiyev
Xəbəri paylaş