Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyası ilə bağlı məsələlər müzakirə edilib

Türk dünyası ilə bağlı məsələlər müzakirə edilib



EkoAvrasiya İdarə Heyətinin sədri Hikmet Eren Türkmənistanın Ankaradakı səfiri M. Məkan İşanquliyev və Qazaxıstanın Ankaradakı səfiri M. Yerkebulan Sapiyevlə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Hikmet Eren özü məlumat verib. EkoAvrasiya İdarə Heyətinin sədri deyib ki, dostluq şəraitində baş tutan söhbət zamanı türk dünyası haqqında məhsuldar müzakirələr aparılıb.

"Gündəliyimizə 24 sentyabr 2024-cü ildə Ankarada keçirəcəyimiz “Müstəqilliyin 33-cü ildönümündə Türkmənistan-Türkiyə əlaqələri” toplantısı da daxil idi. İşlərimizi böyük əzmkarlıqla davam etdirdiyimiz bu prosesdə qardaş ölkələrin ortaq məqsədləri istiqamətində fəaliyyətimizi davam etdirəcəyik",-deyə, Hikmet Eren bildirib.

Süleyman
Xəbəri paylaş